Hövsanda baş verən yanğının təfərrüatları
Suraxanı rayonu, Hövsan qəsəbəsi, O. Şabanov küçəsində qeydə alınan yanğın hadisəsinin səbəbləri açıqlanıb.
Bu haqda Hövsan qəsəbəsində fəaliyyət göstərən Mənzil-kommunal İstismar Sahəsinin əməkdaşı deyib.
Onun sözlərinə görə, yanğın zamanı ölən 67 yaşlı Tamilla Səlimova mənzildə tək yaşayıb: “Ayağı protez olan bu qadın “plitka”nı özünə yaxınlaşdıraraq isinmək istəyib. Bu zaman alov başlayıb. O isə əlil olduğundan alovu söndürə bilməyib. Yanğınsöndürənlər öncə düşünüblər ki, evdə heç kəs yoxdur, ancaq yanğın söndürüldükdən sonra qadının meyiti tapılıb”(aznews).