Reklam: High Technic
hightechnic

Azərbaycanda dəhşətli qəza: bir ailənin 6 üzvü ölüb, 2 nəfər yaralanıb

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 6 nəfər ölüb. Ölənlərin hamısı “Mitsubishi”də olublar.

Artıq qəzada ölənlərin şəxsiyyəti də müəyyənləşib. Həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda Lənkəranın Ləj kəndinin sakinləridirlər.

Ölənlər bunlardır: Aslanov Faiq, Aslanov Fikrət, Aslanov Mərziyyə, Aslanova Xanımgül, Aslanov Namiq, Aslanova Məsmə.

İki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb: Bunlardan “Mitsubişi”dən sağ çıxarılan 7 yaşlı Aslanov Ülvi Faiq oğlu, digəri isə “Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğludur.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1777