Hulusi Akar: "Bu ilin əvvəlindən indiyədək 3 585 terrorçu zərərsizləşdirilib"

media-hightechnic-468x90

“Türkiyə Silahlı Qüvvələri bu ilin əvvəlindən indiyədək 3 585 terrorçunu zərərsizləşdirib”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, 2015-ci ildən bəri İraq və Suriyanın şimalında 36 854 terrorçu məhv edilib: “Noyabrın 19-da başlanan “Pəncə-Qılınc” əməliyyatı son dövrlərdə terrorçulara qarşı təşkil edilmiş ən genişmiqyaslı əməliyyatdır”.

H.Akar bildirib ki, Türkiyə ordusu “sərhəd namusdur” prinsipi ilə terrorçulara qarşı mübarizəni davam etdirir: “Daxildə və sərhədlərdən kənarda terrorçuları məhv etməyə davam edirik. Sərhədlərimiz 7 gün, 24 saat qorunur”./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600