Suraxanıda 9 kq narkotik aşkarlandı

media-hightechnic-468x90

Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Yeni Günəşli qəsəbəsi ərazisində baş tutan tədbir zamanı 32 yaşlı İvan Kislyakov saxlanılıb.

Ondan 5 büküm ümumi çəkisi 9 kiloqram 450 qram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa