!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Hulusi Akar: "Ermənistan liderləri Türkiyənin Ermənistana göndərdiyi mesajları..."

!Reklam – Yazi

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanla Ermənistan arasında sülh məsələsinin əhəmiyyətindən danışıb.

Yenicag.az xəbər verir ki, Akar bu barədə ABŞ-nin “Realcleardefense.com” saytına müsahibəsində bildirib.

“Ermənistan və Azərbaycan arasında keçən il elan edilmiş atəşkəs yeni səhifə üçün əhəmiyyətli fürsət yaradır. Yalnız Ermənistan üçün deyil, bütövlükdə bölgə üçün də təhlükəsizlik, sabitlik, sülh və firavanlıq fürsətini əldən vermək olmaz”, – deyə nazir bildirib.

Akar qeyd edib ki, bəlkə də Ermənistan liderləri Türkiyənin Ermənistana göndərdiyi mesajları dinləyib sülhə köklənsələr, bütün bölgə üçün siyasi və iqtisadi faydaları ən yüksək səviyyədə olacaq.

www.yenicag.az

327
Ads
www.veteninfo.com
!Reklam – Arxiv