Husilər Ben Qurion hava limanını raketlə vurub

media-hightechnic-468x90

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri hipersonik ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben Qurion hava limanına hücum edib.

Yenicag.az xəbər verir ki, bu iddia ilə hərəkatın sözçüsü Yəhya Saria çıxış edib.

“Raket qüvvələrimiz Fələstin-2 tipli hipersonik ballistik raketdən istifadə edərək Lod hava limanına (Ben-Qurion) hücum edərək unikal hərbi əməliyyat həyata keçirib.”, – o deyib.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Yəməndən atılan raketin tutulması barədə məlumat vermişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa