!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olundu

!Reklam – Yazi

Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində oktyabrın 14-də forum iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi qəbul edilib.

Yenicag.az xəbər verir ki, bəyannamədə bütün iştirakçılar adından Türk dünyasının ilk mədəniyyət forumuna dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ifadə edilib.

Bəyannamədə iştirakçılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, eləcə də Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı Şuşada böyük qayıdışı və bu yolda sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini və mədəni mühitin canlandırılmasını alqışladıqlarını bildiriblər.

Həmçinin sənəddə 30 illik işğal dövründə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində Türk dünyası mədəni irsinin ayrılmaz tərkib hissəsi olan tarixi və mədəni abidələrin geniş miqyaslı dağıdılması pislənilib, Şuşada baş tutan diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində türk mədəniyyətinin dünəni, bu günü və sabahı nəzərə alaraq mövcud çağırışların birgə əməkdaşlıqda həlli üçün yeni mexanizmlərin yaranmasına dəstək ifadə olunub. Eyni zamanda, Türk dilləri və ədəbiyyatı vasitəsilə ortaq mədəni mövqeyimizin gücləndirilməsi zəruri hesab edilərək bu irsin rəqəmsal mühitə transformasiyasının sürətləndirilməsinə çağırış edilib.

Forum iştirakçılarının Şuşa Bəyannaməsində eyni zamanda Türk dünyasında mədəni marşrutlar proqramının təsis edilməsi, mədəniyyətin rəqəmsallaşması, mədəniyyət sahəsindəki yaradıcı sənayelərin ortaq bazarların yaradılması üzrə müzakirələrin intensivləşməsi təklif edilir. Eləcə də iştirakçılar Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Türk Dünyası Mədəniyyət Forumu bütün əsas maraqlı tərəflərin təmsilçilərini bir araya gətirən mühüm universal platforma kimi uğurlu olduğunu qeyd edir və Forumun iki ildən bir keçirilməsini təklif edirlər.

Sonda tədbir iştirakçıları birgə xatirə fotosu çəkdiriblər.

COP29

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv