İbrahim Ləmbəranskiyə yüksək vəzifə verildi

media-hightechnic-468x90

lemberanski2Bakının daha bir rayonuna yeni prokuror təyin edilib.

Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilib. O, Pirallahı rayonuna prokuror təyin edilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ildə Pirallahı rayonunun, 2013-cü ildə isə Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Pirallahı rayon prokuroru təyin olunmuş İ. Ləmbəranski Azərbaycanda başlanmış bir sıra səs-küylü cinayət işlərinin istintaqını aparıb.(APA)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600