!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcazəli qəhrəmanların “Food City” dirənişi bitdi

!Reklam – Yazi

Bir neçə gün əvvəl ermənilərin Moskvadakı konsul və diaspora rəhbərinin Food City bazarından qovulması ölkə mətbuatında geniş işıqlandırılmışdı.

Yenicag.az  “NOCOMMENT”ə istinadən  xatırladır ki, bir çoxları bazar rəhbərliyini milli qəhrəman statusuna qaldırmış, bəziləri isə bu hərəkətin qarşılıqlı təhlükəsi barədə xəbərdarlıq etmişdi.

Bu gün Rusiya Erməniləri Birliyinin mətbuat xidməti özünün Facebook səhifəsində yuxarıdakı hadisəyə yekun vurulduğunu bəyan edib. Təəssüf ki, bu dəfə də bizimkilərin qəhrəmanlığı “bir neçə günə” çatıb.

🍅 Заявление владельцев Фуд Сити опубликовала пресс-служба компании «Киевская площадь»: на наших рынках больше не будет…

Gepostet von Союз армян России – Пресс-служба am Samstag, 25. Juli 2020

Paylaşımdan göründüyü kimi, bazarın sahibi olan şirkət bir daha milli diskriminasiyaya yol verməyəcəyinə boyun olub.

Sonda xatırladaq ki, iki gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bu mövzuda Ara Abramyan və Qod Nisanovla (Food City) görüşlər keçirmişdi.

Bizə isə bazar rəhbərliyinin məsələyə münasibətini gözləmək qalır.

Qeyd edək ki, Azərbaycanda təbliğ olunan bu hadisənin qəhrəmanlarının bu addımı məhz Putinin icazəsi ilə Rusiyanın Paşinyanı sıxışdırmaq üçün atdıqları vurğulanırdı. Belə ki, hadisənin Tovuz məsələsində Türkiyənin Azərbaycanda daha da artan nüfuzuna qarşı şimalın bir addım kimi də hesab edənlər az deyil. Nəzərə alsaq ki, üç milyarder Putindən icazəsiz əllərini belə yumurlar, onların bu addımı da icazəli olub və icazə verən də razılığını geri çəkib.

www.yenicag.az

4606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv