“İçərişəhər”də 22 milyon manata otel binası satılır
“İçərişəhər”də yerləşən otel binası 22 000 000 manata satışa çıxarılıb
Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, ümumi sahəsi 12 000 kvadratmetr olan binanın kvadratmetrinə düşən dəyəri 1 833 manat təşkil edir.
Obyekt 11 mərtəbədən ibarətdir və 3 yeraltı dayanacaqla təchiz olunub.
Elanda qeyd edilənə görə, hazırda hotel uzunmüddətli – 10 illik – müqavilə əsasında aylıq 108 000 manat dəyərində icarəyə verilib.
Otelin otaqları televizor, vayfay, telefon, seyf, minibar, kondisioner və istilik sistemi ilə təchiz olunub. Eyni zamanda əlillər üçün xüsusi otaqlar da mövcuddur. Binada bar və terrası olan restoran, eləcə də banket zalları da fəaliyyət göstərir.
Qeyd edək ki, obyekt alqı-satqı sənədləri ilə təmin olunub.