!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısı ictimaiyyət nümayəndələrini dinlədi – Müraciətlər qeydiyyata alındı – FOTO

!Reklam – Yazi

Ağstafa rayonunun Vurğun qəsəbəsində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafada vətəndaşların müraciətlərinin yerində araşdırılması və həlli məqsədilə pandemiya dövrünün tələblərinə uyğun qaydada qəbullar davam etdirilir.

Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Vurğun qəsəbəsində əhalini narahat edən məsələlərin öyrənilməsi məqsədilə ictimaiyyət nümayəndələri ilə görüş keçirib.

Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə məsul şəxslər iştirak ediblər. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb, edilən müraciət və təkliflər qeydiyyata alınaraq nəzarətə götürülüb.

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv