Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin məhşur iş adamı Qod Nisanovun yaxın qohumu olan Yaşa Qililova 800 min dollar pul “atdığı” iddia edilir.
Yenicag.az xəbər verir ki, Yaşa Qililov Quba rayonu Vladimirovka kəndində yerləşən ona məxsus “Fayton” restoranını Ziyəddin Əliyevə 1 milyon dollara satıb.
Qeyd olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanan zaman icra başçısı restoran sahibinə razılaşdırılmış məbləğin 200 min dollarını ödəyərək, yerdə qalan 800 min dolların yaxın müddətdə çatdırılacağını vəd edib.
Lakin sənədləşmə işləri tam yekunlaşdıqdan sonra Ziyəddin Əliyev restoranını aldığı Yaşa Qililova borclu olduğu 800 min dolları qaytarmaqdan boyun qaçırır.
Ona çatacaq məbləği almaqda israrlı olan Yaşa Qililov məsələ ilə bağlı ölkə başçısına və BMT-yə müraciət edəcəyini bildirib.
www.yenicag.az