İcra başçısının polkovnik qardaşı vəfat etdi

media-hightechnic-468x90

 

sair_alLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki vəfat edib.

İstefada olan polkovnik Nazim Alxasov uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, N.Alxasov 1954-cü ildə Qusarın Çətkün kəndində anadan olub. Uzun illər xüsusi xidmət orqanlarında işləyib. Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə 2002-ci ildə Prezidentin fərmanı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

2006-cı ildə təqaüdə çıxıb.

Xatırladaq ki, N.Alxasov Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun qardaşıdı.(report)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600