!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İctimai iaşə obyektlərində nöqsanlar AŞKARLANDI

!Reklam – Yazi

Qida Təhlükəsizliyi Agentliyi qanunvericiliyin tələblərinə, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fevralın 24-də ölkə üzrə 240 ictimai iaşə obyektində 386 monitorinq keçirilib.

Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv