Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İDEAL” mağazalar şəbəkəsinin yaradıcısı yeni biznesə başladı - “Monteleone Dry Cleaning”

“İDEAL” mağazalar şəbəkəsinin qurucusu İlqar İsmayılov yeni biznes fəaliyyətinə başlayıb. Belə ki, o, “Monteleone Dry Cleaning” quru təmizləmə mağazaları şəbəkəsinin ilk filialını Ü.Haçıbəyli 69 ünvanında açıb!

“Monteleone” şirkətinin sahibi İlqar İsmayılovun İqtisadiyyat.Az saytına verdiyi açıqlamaya görə, Azərbaycanda ilk dəfə fəaliyyətə başlayacaq bu sistemlə təmizlənmə işləri daha keyfiyyətli və güvənli olacaq. İtaliyanın ən məşhur “Firbimatic” və “Pony” şirkətlərinin istehsalı olan son model avadanlıqlar ilə müştərilərə xidmət göstərəcək.

“Əsas məqsəd orqanik və dəri xərçəngi riski daşımayan vasitələrlə,son texnoloji avadanlıqlarla yüksək səviyyəli xidmət göstərərək, müştəri məmnuniyyətinə nail olmaqdır.

Bu xidmətlərin qarşılığında tətbiq edilən qiymətlər isə ölkə quru təmizləmə bazar qiymətləri səviyyəsinə uyğundur. Konsept və dizayn isə İtaliya mütəxəssislərinə aiddir. Həmçinin şirkət işçiləri İtaliya mütəxəssisləri tərəfindən mütəmadi treninqlərdə iştirak edəcəklər.

Xatırladaq ki, İlqar İsmayılov məşhur parfumeriya və kosmetika mağazaları şəbəkəsi olan “İDEAL”ın qurucusudur və 18 il şirkətin baş direktoru kimi fəaliyyət göstərib.

Loading...

www.yenicag.az

2644
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100