Tanınmış bloger İdris Heydərli akademik Rafael Hüseynovun “Məkansiz və zamansız Nəsimi” məqaləsinə (http://525.az/site/?name=xeber&duzelis=0&news_id=114239#gsc.tab=0) cavab yazıb.
Yenicag.az İdris Heydərlinin şəxsi bloquna istinadən “Məkansız və zamansız” tost başlıqlı yazısını təqdim edir:
“Məkansız və zamansız” tost
Kimdir Nəsimi, haralıdır Nəsimi sualına “lrik, poetik, oloji, soloji” akademik cavablar axtarır,
Nəsiminin deyil, RafaelHüseynovun dərdini yazır.
Haralı sualını siyasi məsələ olaraq deyil, maddi məsələ olaraq həll edən Heydər Əliyevi tanıdır.
Alimlərin həll edə bilmədiyini Heydər Əliyev heykələ, markaya, filmə ayrılan pullar kimi Mərkəzin fikir dəyişəcəyi qorxusu ilə “xərc batmasın” deyə Nəsimini bizimləşdirir.
Bu Rafael Hüseynovun tanıtmaq istədiyi Heydər Əliyevdir.
Türkmənistanın sahib cıxacağı Nəsimi ilə naxçıvanlı, gəncəli, şirvanlı, təbrizli Nəsimi nağlını anlatmaq istəyir,
Cənab akademik
“Tamada”lıq elm deyil, bilmək deyil, araşdırmaq, dünəndə olanların nağlını yazmaq deyil, Sizə akademik Ramiz Mehdiyevin “Tarixin idrakı” kitabını oxumağı tövsiyyə edərdim.
Oxuyun ki, tarixi idrak etmənin nə olmasını anlayasınız.
Nəsimi nə məkansızdır, nə də zamansız,
Heydər Əliyevin Nəsimisi Azərbaycan kimliyinin dil, səs, coğrafi təməlləşməsinin qurucusudur, Ramiz Mehdiyevin tarixin idrakında üzərində dayandığı ana xətlərdən biri də budur.
Tarixin keçmişdən fərqını anlamaq məhz bunu idrak etməklə başlar. Keçmiş keçəndir, tarix isə gələcək inşa edən.
Tarixin qurucu kimliklərini, mətnlərini, hadisələrini oxuya bilmirsinizsə, susun.
Nağıl danışmayın.
Akademiklik elm yazmaqdır, elm inşa etməkdir, elmin təməllərini gələcəyə miras buraxmaqdır,
“Məkansız və zamansız” lirik məcazlar və esselər yazmaq isə boşluqları doldurmaq cəhdidir.
Nəsiminin məkanını,zamanını bilməyən,anlamayan cümlələrinizi nə qədər Nəsimişünaslıq edib beytlərlə açıqlamaq istəsənizdə olmur,
Cənab akademik,
Sizin mətn olaraq istifadə etdiyiniz dilin təməllərini atan şəxslərdən ilki Nəsimidir, Zaman və məkan üçün dəyərə çevirdi.
Siz bu mirası nəyə çevirdiniz,bu sizin məsələdir,
Hər yerdə hər şeyi danışa bilərsiniz,
Yazı isə qədərdir,
Yazınız qədərsiniz.
www.yenicag.az