“Elxan, qadan alım, şəklimizi bir yerdə vurdur...” – Ölümün ayıra bilmədiyi İlham və Fərizə DASTANI

media-hightechnic-468x90

20 Yanvar gecəsi təkcə bir gəncin yox, bir ailənin, bir sevdanın taleyi də dəyişdi. 20 Yanvar faciəsi zamanı şəhid olan İlham Allahverdiyev, Azərbaycan müstəqilliyi uğrunda canından keçən gənclərdən biri idi.

Onun həyat yoldaşı Fərizəilə qurduğu ailə səadəti cəmi bir neçə gün sonra qanla yarımçıq qaldı. İlhamın həmin gecə göstərdiyi şücaət və Fərizənin son xahişi bu gün də 20 Yanvarın ən ağrılı xatirələrindən biri kimi yaddaşlarda yaşayır.

media-img_2714

20 Yanvar faciəsi zamanı şəhid olan İlham Allahverdiyevin həyat hekayəsi Azərbaycan müstəqilliyinin hansı bədəllə qazanıldığını bir daha xatırladır.

Onun qardaşı Elxan Allahverdiyev Yenicag.az-a açıqlamasında bildirib ki, İlham həmin gecə şəhərə sovet ordusunun yeridiləcəyini bilsə də, evdə otura bilməyib və barrikadaya çıxıb.

Elxan Allahverdiyevin sözlərinə görə, İlham Alüminium zavodunun yaxınlığında qurulan barrikadada digər gənclərlə birlikdə dayanıb. Daha sonra Salyan kazarması istiqamətində insanların qırıldığı xəbəri yayılıb və onlar əliyalın şəkildə köməyə getməyə çalışıblar. Həmin vaxt 11-ci orduya məxsus tanklarla qarşılaşıblar.

media-img_2717

“Tanklar hara gəldi atəş açırdı. İlham tankın qarşısına çıxıb rus dilində: “Əsgər, atəş açmayın, insanlar silahsızdır” dedi. Elə oradaca onu güllə ilə vurdular,” – deyə Elxan Allahverdiyev bildirib.

media-img_2718O qeyd edib ki, İlhamın aldığı güllə qarın boşluğunu tamamilə dağıdıb. Yaralı halda Respublika xəstəxanasına çatdırılan şəhid gecə saat 00:10-da əməliyyata alınıb. Elektrik olmadığından cərrahiyyə əməliyyatı qəzet işığında aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, İlham Allahverdiyev səhər saat 04:30-da şəhid olub.

media-img_2715

“Son ana qədər anasını istəyirdi. Çox dözümlü idi,” – deyə qardaşı xatırladıb.

Şəhid əvvəlcə Xırdalan qəbiristanlığında dəfn edilib. Daha sonra Şəhidlər Xiyabanının açılması ilə bağlı qərar verilib və onun nəşi yenidən dəfn üçün çıxarılmalı olub. Elə həmin an İlhamın həyat yoldaşı Fərizənin dedikləri Elxan Allahverdiyevin sözlərinə görə, onun üçün ən ağır xatirəyə çevrilib:

“Gəlinimiz Fərizə bildi ki, İlhamı çıxarıb aparacağıq. Mənə yalvardı ki, “Elxan, qadan alım şəklimizi başdaşına bir yerdə vur”. Bu sözləri xatırlayan qardaş qəhərləndi: “Danışa bilmirəm…’” -deyib göz qəhərləndi.

media-img_2716
İlhamın şəhidliyi ilə başlayan bu kədər, Fərizənin sonsuz sədaqəti ilə Azərbaycanın vətən və sevgi dastanına çevrildi. Onlar indi Şəhidlər Xiyabanında yan-yana uyuyurlar ayrılmamaq üzrə verdikləri sözü ölümün belə poza bilmədiyi bir sevginin simvolu kimi. İlham Allahverdiyev sadə bir vətəndaş olaraq çıxdığı o yolda Azərbaycan gəncliyinin məğrurluq zirvəsinə ucaldı və onun fədakarlığı müstəqillik tariximizin qanla yazılmış ən müqəddəs səhifəsi oldu.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa