Reklam

Reklam

fazil_mustafa“İndi İğdırla yanaşı, Naxçıvan özü də təhlükədədir”.

Bunu millət vəkili Fazil Mustafa özünün “Facebook” səhifəsində bəyan edib.

O bildirib ki, önümüzdəki illərdə Azərbaycan rəhbərliyi də bu məsələyə yönəlik ciddi tədbirlər görməyi düşünməlidir: “İndi də Naxçıvan sərhəd qapısına yaxın yerdə İğdırda PKK tərəfindən Türkiyədə daha 10 şəhid oldu. İğdır bələdiyyə başqanı, oradan seçilən bütün millət vəkilləri HDP-dəndir. Bu gün siyasi səbatsızlıq üzündən İğdırı kürd terrorçularına təslim edən AKP, MHP və CHP yönəticiləri utanc duymalıdırlar”. F.Mustafanın fikrincə, elə strateji bölgələr var ki, orada terrorçulara yol açmamaq üçün mütləq daha çox şansı olanların uzlaşması gərəkir: “Əvvəllər yenə MHP heç olmazsa bir yer qazanırdı, bu dəfə onu da itirdilər. Bu uzlaşmanı Türkiyə və Azərbaycan naminə etmədilər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."