İki ay işlədi, 7 min borc yazıldı - VİDEO

media-hightechnic-468x90

“A-Kond” şirkətinin podratçısı olan “Sentens Global”da çalışan 15 elektrik ustası 4 aydır əməkhaqlarını ala bilmir.

İşçilərin iddiasına görə, onlara dəfələrlə maaş veriləcəyi vədi verilsə də, nə əmək müqaviləsi bağlanıb, nə də ödəniş olunub.

İşçilər qeyd edir ki, yalnız adları jurnala yazılıb və VÖEN vasitəsilə rəsmi sənədləşdirilmədən işlədiliblər. Həmin VÖEN isə işçilərdən birinin adına açılıb. Nəticədə, əməkhaqqını ala bilməyən bu şəxsə 7 min manat vergi borcu yazılıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə vətəndaşlara aidiyyəti üzrə şikayətlərini quruma yönləndirməyi tövsiyə edilib.

Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa