İki əsrlik Quran

media-hightechnic-468x90

44614Azərbaycanda 2 əsrə yaxın yaşı olan Quran var. Müqəddəs kitab Xaçmazda qədim evdə saxlanılır.

Xaçmazın Köhnə Xudat kəndindəki ev 1765-ci ildə inşa edilib. Xüsusi memarlıq üslubu ilə tikilən bu ev vaxtilə bəy nəslinə mənsub olub. İndi burada Mehdiyevlər ailəsi yaşayır. Yeddi otaqlı, hündür pilləkənli bu evdə saxlanılan “Quran-Kərim”in əlyazma nüsxəsi nəsildən nəslə ötürülüb.

Mehdiyevlər sülaləsinin bu Quranı necə əldə etməsi barədə ixtisasca şərqşünas olan Beytulla Borci məlumat verib. Onun dediyinə görə, həmin dövrdə varlı insanların “Qurani- Kərim” yazdırması bir adət olub. Şərqşünas XVIII və XIX əsrlərdə varlı ailələrin öz oğul övladlarının adlarına əlyazma ilə elm alimlərinə “Quran-Kərim” yazdırdığını bildirib. Kitabın sonunda isə onun yazıldığı şəxsin adı qeyd edilib.

Xaçmazdakı bu kitabda da Mehdiyevlərin ulu babası Məhəmməd öz övladı Mehdinin adını Quranın son səhifəsinə yazdırıb.

Əlyazma şəklində olan bu müqəddəs kitab illərin çətin sınaqlarından çıxıb. 1920- ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra ailə bu kitabı torpağı qazaraq gizlətməli olub. Sonradan yerdən çıxarılan Quranın səhifələri zədələnib.

Hazırda bu nəsildə beşinci olan, evin indiki sahibi Müqəddəs Mehdiyev də ulu babasının bu Quranı və evi çox çətinliklə saxlaya bildiyini deyir.

Azərbaycanın qədim memarlıq mədəniyyətinin əyani nümunəsi olan evin sahibi Müqəddəs Mehdiyev bu mülkün dövlət tərəfindən xüsusi status alaraq qorunmasını təklif edir. Bu baxımdan heç bir maddi dəstək də ummur. Bunun üçün Müqəddəs Mehdiyev Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyə hazırlaşır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600