Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İki ilə iki diplom almaq istəyənlər: Bu fürsəti dəyərləndirin

Qərbi Kaspi Universiteti və İsveçrənin UBİS Universiteti 2016-cı ildən etibarən birgə ikili diplom proqramını həyata keçirir.

Yenicag.az xəbər verir ki, magistratura səviyyəsində Biznesin idarəedilməsi ixtisası üzrə təhsil alan tələbələr iki il ərzində Qərbi Kaspi Universiteti ilə yanaşı UBIS Universitetində də təhsil almaq imkan əldə edirlər. Tədris müddəti boyunca tələbələr İsveçrədə Yay Məktəbində iştirak edir, müxtəlif təlim və seminarlarla yanaşı, bu ölkədə yerləşən beynəlxalq qurum və şirkətlərdə praktik işlərə qatılırlar.

Paralel olaraq UBİS Universitetinin müəllimləri mütəmadi olaraq Qərbi Kaspu Universitetində olur, təlim, seminar və mühazirələrlə çıxış edirlər. İki ilin yekununda magistrlar hər iki universitetin diplomunu əldə edirlər.

Qeyd edək ki, UBİS Cenevrədə yerləşən beynəlxalq akkreditasiya olunmuş universitetdir, həmçinin London və Vaşinqtonda kampusları var.

Hazırda “Erasmus+” və “Mövlanə” mübadilə proqramları çərçivəsində Qərbi Kaspi Universitetinin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə kimi ölkələrin aparıcı universitetlərində də təhsil ala bilirlər. Ümumiyyətlə, Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir./Trend/

Loading...

www.yenicag.az

1083
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100