!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İki kanalda aparıcılıq edən Zaur Kamal MEYDAN OXUDU: “Rəqibim yoxdur”

!Reklam – Yazi

“Özümə rəqib görmürəm, həmişə birinci olmuşam və belə də davam edəcək”.

Bu fikirləri yeni mövsüm hazırlıqları haqqında danışan tanınmış teleaparıcı Zaur Kamal Yenicag.az-a açıqlamasında deyib.

Aparıcı yeni mövsümdə həm ARB, həm də ATV kanallarında fəaliyyət göstərəcəyini vurğulayaraq yayımlanacaq layihələrindən danışıb:

“ATV kanalında “Ləzzətli oyun” verilişi ilə tamaşaçıları salamlayacağam. Bu verilişdə üzüm görünməyəcək. Eyni zamanda, ARB kanalında “Həmin Zaur” tamaşaçıların görüşünə gələcək. Yeni dekorasiya və fərqli yeniliklərlə…

Əslində bu həftə yayıma başlamalıydıq. Hazırlıqlarımız davam edir, istəyirik, “partlayış”la gələk. Gələn həftədən yayımda olacağıq. Həmçinin 7 il əvvəl aparıcılıq etdiyim “Ay Zaur” proqramı da bərpa olunacaq. Bir kanalda iki verilişlə tamaşaçıların görüşünə gəlirəm”.

“Həmin Zaur” layihəsi “Ay Zaur”a üstün gələcək, yoxsa əksinə?” sualımıza aparıcının cavabı belə oldu:

“Ay Zaur” bir brend idi. Həmin verilişdə məqsədimiz həm də uzun müddət bir-biri ilə danışmayan, ünsiyyəti olmayan sənət adamlarını görüşdürmək, bir araya gətirmək idi.

Bu ənənəmiz yenə də davam edəcək. “Həmin Zaur” da şou-proqramlar arasında həmişə reytinqlərdə birinci olub. Özümə rəqib görmürəm. Həmişə birinci olmuşam və belə də davam edəcək”.

Cəvahir

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv