Bakıda yol qəzası törədən sürücü saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 25-də saat 23:20 radələrində Neftçilər prospektində naməlum sürücü idarə etdiyi “Hyundai-Elantra” markal avtomobillə Bakı şəhər sakinləri – Esmira Məmmədova və Leyla İsmayılovanı vurub. Esmira Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1986-cı il təvəllüdlü Xəqani Həsən oğlu Qəribov tutulub.