İki turist təyyarəsi toqquşdu: Ölənlər var

media-hightechnic-468x90

Tunisin cənubundakı Tozer əyalətində iki yüngül turist təyyarəsi toqquşub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində iki fransız turist ölüb, iki nəfər isə yaralanıb.

Bu barədə Tunisin mülki müdafiə məsələləri üzrə nümayəndəsi Moez Terea məlumat verib.

O bildirib ki, şənbə günü qəzaya uğrayan təyyarələrin qalıqları Şatt əl-Carid rayonuna yaxın ərazidə tapılıb.

“Biz ilk yüngül təyyarəni tamamilə yandıqdan sonra tapdıq, içərisində iki yanmış cəsəd var idi. Təxminən 3 kilometr aralıda da içərisində iki yüngül yaralı olan ikinci təyyarəni aşkarladıq”, – deyə o bildirib.

Moez Terea qeyd edib ki, ölən fransızlar 78 və 55 yaşlarında olublar.

Onun sözlərinə görə, qəzaya ərazidə keçirilən yüngül aviasiya yarışı səbəb olub.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Newsk.news

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05