Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi başlayıb.
AMEA Şamaxı Astrofizika Rəsədxanasından Yenicag.az-a verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayıb və 3 iyul 01:50-də başa çatacaq.
Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.
Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.
www.yenicag.az