!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İkiyə bölünmüş Fələstin dövləti: Avropa ölkələri hansının müstəqilliyini tanıyır? – DETALLAR

!Reklam – Yazi

“ABŞ ərəb ölkələrinin hamısını ya dağıdıb, ya da bir-birinə qarşı qoyub”.

Bu fikri Yenicag.az-a açıqlamasında İsrailin Rəfahı götürməkdə qərarlı olması, bir neçə ölkənin Fələstini dövlət kimi tanıması və ərəb dövlətlərinin reaksiyasızlığını şərh edən politoloq Zərdüşt Əlizadə səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, faktiki olaraq iki yerə parçalanmış Fələstin var və hansı tanınır, məchuldur.

“Yəhudilərin və fələstinlilərin öz müstəqil dövlətləri olması haqqında BMT-nin qərarı var. 1947-ci ildə İsrailin yaranması ilə bağlı qərar çıxarıldı, Fələstin ərəblərinin də dövləti yaranmalı idi. İsrail dövləti yarandı, döyüşlərlə, vuruşlarla yarandı. Ərəb dövlətləri BMT-nin qərarları ilə razılaşmadılar və müharibəyə başladılar. Yeni yaranmış İsrail dövləti oturuşmuş ərəb dövlətlərinin ordularını darmadağın etdi. Onlara SSRİ kömək etdi, həm də İsrailin özünün terrorçu qrupları vardı, onlar zamanla nizami orduya çevrildilər. İsrail həmin müharibələrlə xeyli ərazilər tudu, xeyli sayda da Fələstin ərəblərini qovdu”, – deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, Norveç, İrlandiya və İspaniya dövlət kimi Fələstini tanıdı:
O cümlədən, Azərbaycan da Fələstini tanıyır. Ancaq qəribə mənzərə yaranıb. Hansı Fələstin dövlətini tanıyırlar? İsrail öz ərazisində Fələstin muxtariyyətini tanıyır. Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasıdır. Paytaxt Ramallahda oturur. Fələstin dövləti iki hissədən – İordan çayının sağ sahili və Qəzza zolağından ibarətdir. Qəzzaya giriş yalnız İsraildəndir. Misir isə sərhədi bağlayıb və heç kəsi buraxmır. Vahid Fələstin adminstirasiyası yoxdur. Qəzzada seçkilərdə Həmas qalib gəlib. Ramallahda Mahmud Abbas adminstirasiyası qalib gəlib və bunlar bir-biri ilə düşməndir. İrilandiya, Norveç, İspaniya hansı dövləti tanıdılar? O dövlət faktiki olaraq yoxdur. Netanyahu özü dəfələrlə açıq deyib, ifrat dinçi Həmas təşkilatna dəstək verirdik ki, ümumi Fələstin müqavimət hərəkatını parçalayaq, bu iki qrupu qarşı-qarşıya qoyaq və dünya tələb edəndə Fələstin dövlətini tanıyaq, sual yaransın hansını tanısınlar?”

Z.Əlizadə bildirib ki, paytaxtı Ramallah olan Fələstin muxtariyyəti tamamilə İsrailin nəzarət nəzarəti altındadır:

“Ərəb ölkələri hamısı bir-birinə düşmən kəsilib. ABŞ ərəb ölkələrinin hamısını ya dağıdıb, ya da bir-birinə qarşı qoyub. Ona görə də, Ərəb ölkələrindən hansısa birinin İsrailə qarşı çıxması gözlənilmir. Ərəb ölkələrinin başında dayananların hamısı oğru, harınlamış, vecsiz adamlardır. Onlardan nəsə gözləmək çətin məsələdir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv