İlanlar Lənkəran sakininin evində məskən salıb-Foto
Lənkəran şəhər sakini Elmira Əliyevanın rahatlığı iki ildir ki, pozulub.
İlanlar ona məxsus fərdi yaşayış evini özlərinə məskən salıb. Son bir neçə gün ərzində isə Elmira xanım 6 ilanı öldürərək onları sübut kimi şəhərin aidiyyəti qurumlarına aparıb.
Aidiyyəti qurumlar Elmira Əliyevanın müraciətindən sonra onun evindəki mövcud vəziyyətlə yerindəcə tanış olublar. Həyətdə dezinfeksiya və dərmanlama tədbirləri görülüb. Lakin bütün bunların heç bir faydası olmayıb. İlanlar yenə əvvəlki kimi dərmanın üstündəcə gəzib dolaşırlar və heç nə onlara təsir etmir. Ev sahibi indinin özündə də evinin damında ilanların məskunlaşdığını deyir və onların uşaqlara xəsarət yetirməməsi üçün gecələr yatmadığını bildirir.
Elmira Əliyeva üzünü aidiyyəti qurumlara tutaraq onlardan rahatlığının təmin edilməsini diləyir.