İldırım vurmasından ölənlərin sayı 51 nəfərə çatdı - Hindistanda

media-hightechnic-468x90

Hindistanın şimal-şərqində aramsız yağışlar zamanı güclü ildırım 51 nəfərin həyatına son qoyub.

Yenicag.az xəbər verir ki, Bihar ştatında 39, Carkhandda isə 12 nəfər ölüb. Ölənlər arasında qadın və uşaqların da olduğu deyilir.

Aramsız yağışlar və daşqınlar nəqliyyatın da işini iflic edib, bəzi evlər dağılıb.

Rəsmilər ölənlərin və yaralananların ailələrinə maddi yardım edəcəklərini söyləyib.

Qeyd edək ki, artıq neçə gündür Hindistanın bu ərazilərinə yağan aramsız yağışlar daşqınlara səbəb olub. Daha öncə baş verən daşqınlar nəticəsində 102 nəfərin həyatını itirməsi barədə məlumat verilmişdi.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa