İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına toxundu

media-hightechnic-468x90

Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Prezident bu barədə ADA Universitetində keçirilən beynəlxalq forumda danışıb.

“Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik”, – deyən dövlətimizin başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib.

Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: “Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05