İlham Əliyev başsağlığı verdi

media-hightechnic-468x90

Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib. Onun əziz xatirəsi daim yaşayacaq. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

Dövlət başçısı həmçinin İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib: “Möhtərəm Ayətullah Xameneyi həzrətləri, İran İslam Respublikasının keçmiş prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani müdrik və uzaqgörən siyasətçi kimi tanınıb. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə verib. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

 

Yenicag.az

media-ziraat-728x90

İlham Əliyev başsağlığı verdi

media-hightechnic-468x90

87357Prezident İlham Əliyev hindistanlı həmkarı Pranab Mukherciyə başsağlığı məktubu göndərib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, məktubda Hindistanın keçmiş Prezidenti, dövlət və elm xadimi Abdul Kalamın vəfatı ilə bağlı dövlət başçısına başsağlığı verib:

“Bu ağır itki ilə əlaqədar Sizə, bütün xalqınıza və mərhumun yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

media-ziraat-728x90

İlham Əliyev başsağlığı verdi

media-hightechnic-468x90

50104Azərbaycan prezidenti İlham Əliyev Fransa respublikasının prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb.

“Hörmətli cənab prezident,

“Total” şirkətinin Direktorlar Şurasının sədri və prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar sizə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirəm”.

media-ziraat-728x90

İlham Əliyev başsağlığı verdi

media-hightechnic-468x90

1404481577Prezident İlham Əliyev Malayziyanın Baş naziri Dato’ Sri Mohd Nacibə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Baş nazir,

“Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777″ təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Dövlət başçısı Niderland Krallığının Baş naziri Mark Rütteyə də başsağlığı verib:

“Hörmətli cənab Baş nazir,

“Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777″ təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninizin həlak olması xəbəri məni sarsıtdı.

Baş vermiş bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

media-ziraat-728x90

İlham Əliyev başsağlığı verdi

media-hightechnic-468x90

lopkklpAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə başsağlığı məktubu ünvanlayıb.

Başsağlığında qeyd olunub: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

İlham Əliyev, həmçinin Türkiyənin Rəcəb Tayyib Ərdoğana da başsağlığı verib.

Başsağlığında deyilir: “Hörmətli cənab Baş nazir, Əziz Qardaşım,  Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərindən olduqca kədərləndim. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600