İlham Əliyev bu şəxsləri “Tərəqqi” medalı ilə təltif edib

Prezident İlham Əliyev Oleq Polumordvinovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Oleq Anatolyeviç Polumordvinov “Tərəqqi” medalı ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Denis Aleksandroviç Afanasyev “Tərəqqi” medalı ilə təltif edilib.