!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Ərdoğana “Xankəndidə də olacaq” sözü vermişdi, ETDİ!

!Reklam – Yazi

…Xankəndidə “Qarabağ” hotelinin açılışı yadımıza həm də o möhtəşəm dialoqu salır.

O video – dialoq yadınızdamı? Kim xatırlamırsa, Musavat.com-un bu təkrar paylaşımına baxsın.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib.

Bu kiçik xəbər böyük həcmli və tarixi proseslərin, savaş və mübarizələrin bir növ özətidir. Qarabağa Xankəndi qayıtdığı kimi, Xankəndiyə də Qarabağ qayıdır. Bu möhtəşəm prosesin başında da yenə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dayanır.

Xankəndidə “Qarabağ” hotelinin açılışı yadımıza həm də o möhtəşəm dialoqu salır. O video – dialoq yadınızdamı? Kim xatırlamırsa, Musavat.com-un təkrar paylaşımına baxsın.

Prezident Əliyev qayaların arasından bir istiqaməti göstərərək prezident Ərdoğana:

– İki qayanın arasındakı yer ki, var… Orası Xankəndi şəhəridir.

Ərdoğan:

– Hotel oradamı?

İlham Əliyev ürəkdən gülərək:

– Hayır, hayır … (ikisi də gülür) Amma orada da olacaq…

Hər ikisi inşallah deyir və kadrlar bağlanır…

…Bu video o zamanlar çox yayıldı. Skeptiklər, vətənpərvərlər yorumladılar: “Prezident Ərdoğana da, xalqa da söz verdi, edəcək…”

Opponentlər və ölkədaxili “ermənilər” hay-küy saldılar. Xankəndinin heç zaman bizim olmayacağını, yanlış siyasət nəticəsində Xankəndinin Rusiyanın və ermənilərin nəzarətində qaldığını, Ərdoğanın da bundan narazı olaraq, bunu qəsdən üzə vurduğunu tirajladılar…

İlham Əliyevə inananlar haqlı çıxdılar. Hər zamankı kimi!
Prezident o zaman da bilirdi ki, enində-sonunda Xankəndini də Azərbaycana qaytaracaq.

Onun qardaşı Ərdoğan da buna “inşallah”, dedikdən sonra…

Əliyev bütün dedikləri kimi, bunu da etdi.

Xankəndidə o hoteli açdı!

Türkiyə prezidenti Ərdoğan Almaniyaya, Türkiyə Millimizə dəstəyə getməsə idi, bu gün onu Xankəndidə gözəl sürpriz gözləyirdi.

Biz də bu yerdə “inşallah”, deyək, Türkiyə adına AÇ-də mücadilə verən bütün Türklərin Milli komandasına uğurlar diləyək.

Biz də sabah orada, o meydanlarda olacağıq! Ruhumuz, qəlbimiz və dualarımızla!

İnşallah, əziz Tayyib bəy, ən qısa zamanda Xankəndidə yenicə açılan “Qarabağ” hotelinə gələcək və orada gecələyəcək.

O yeni dialoqu indidən sevdim…

Xeyirli-uğurlu olsun.

Rauf Arifoğlu”

COP29

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv