!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev həmkarları ilə görüşdü

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.

Yenicag.az xəbər verir ki, qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirildi, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı qeyd olundu. Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulandı.

Prezident İham Əliyev Qarabağda Slovakiya tərəfindən quruculuq layihəsinin həyata keçirildiyini məmnunluqla qeyd etdi.

Gələn ildən Azərbaycanda NATO əlaqələndirici səfirlik funksiyasını Slovakiya səfirliyinin həyata keçirəcəyi bildirildi.

Slovakiya Prezidenti Azərbaycanın dövlət başçısını ölkəsinə səfərə dəvət etdi. Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul etdi.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərdən məmnunluq ifadə olundu, yüksək səviyyəli qarışlılıqlı səfərlərdə intensivlik qeyd edildi. Beynəlxalq təşkilatlarda əməkdaşlıq, həmçinin, sənaye, infrastruktur, sərmayələr, bərpaolunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycana qarşı koordinasiya olunmuş media hücumlarının təşkil edildiyini vurğuladı.

Dövlət başçısı Serbiyada dəmiryolu vağzalında stansiya binasında baş vermiş qəzada insanların həlak olması ilə bağlı başsağlığını çatdırdı.

Serbiya Prezidenti başsağlığına görə minnətdarlığını bildirdi.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

COP29

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv