İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində

media-hightechnic-468x90

iii999Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 4-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olub.

Virtualaz.org AzərTAc-a istinadən xatırladır ki, 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi şəkildə hazırlaşan ölkəmizdə mükəmməl infrastruktur obyektlərinin inşası ilə yanaşı, mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması işləri də diqqət mərkəzindədir.

Prezidentin tapşırıqlarına uyğun olaraq Heydər Əliyev adına İdman-Konsert Kompleksinin ən müasir standartlara uyğun şəkildə yenidən qurulması layihəsinin icrasına başlanılıb.

Dövlət başçısı bu idman-konsert qurğusunda görüləcək işlərlə tanış olmaq üçün Kompleksə gəlib.

Gənclər və idman naziri Azad Rəhimov prezident İlham Əliyevə görüləcək işlərlə bağlı məlumat verib.

Dövlət başçısı Komplekslə yanaşı, ətraf ərazilərdə abadlıq işlərinin aparılması ilə bağlı tapşırıqlar verib.

Sonra İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arenasında, müxtəlif məşq zallarında və binanın fasadında aparılacaq təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olub.

Bildirilib ki, Kompleksin bütün sahələrində, o cümlədən əsas və məşq korpuslarında, müxtəlif idman zallarında əsaslı təmir və bərpa işlərinə başlanılması üçün hazırlıq işləri yeni layihəyə uyğun olaraq artıq başa çatdırılıb. Kompleksdə yeni işıqlandırma, yanğından mühafizə və təhlükəsizlik, eyni zamanda, videomüşahidə və xəbərdarlıq sistemlərinin və müasir liftlərin quraşdırılması üçün işlər davam etdirilir. Kompleks yeni və sürətli internet şəbəkəsinə qoşulacaq. Binada ən müasir tələblərə cavab verən havalandırma sistemi artıq quraşdırılıb.

Dövlət başçısı təmir və yenidənqurma işlərinin aparılacağı ayrı-ayrı sahələri gəzib, işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Sonra İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanındakı parka gəlib.

Dövlət başçısı parkın yenidən qurulması, burada abadlıq və quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı da göstərişlər verib.

 

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600