İlham Əliyev Macarıstan səfirini qəbul edib
Prezident İlham Əliyev mayın 1-də Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu bildirildi, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.
İki ölkə arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.