İlham Əliyev Malayziya baş naziri ilə təkbətək görüşüb

media-hightechnic-468x90

indexAzərbaycan prezidenti İlham Əliyevin və Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.

Görüşdə Malayziya baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb, ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Söhbət əsnasında həmçinin ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa