Azərbaycan prezidenti İlham Əliyev Milo Cukanoviçi Monteneqronun prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Yenicag.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Cukanoviç, Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Monteneqro münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz növbəti dövrdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.
www.yenicag.az