İlham Əliyev NATO nümayəndəsi ilə görüşdü
Prezident İlham Əliyev NATO Dəstək Agentliyinin baş meneceri Mayk Laydeni qəbul edib.
Görüşdə Azərbaycan ilə NATO arasında uzun illərdir həyata keçirilən əməkdaşlığın uğurlu olması vurğulanıb. İlham Əliyev NATO-nun baş qərargahına son səfəri və səfər zamanı keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından önəmi qeyd edib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün İlham Əliyev, həmçinin, Avropa Xalq Partiyasının və Mərkəzçi Demokratlar İnternasionalının baş katibi Antonio-Lopez İsturizi qəbul edib.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı arasında əməkdaşlıq müzakirə olunub, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.