İlham Əliyev Oğuza 2.3 milyon pul ayırdı

media-hightechnic-468x90

801Azərbaycan prezidenti İlham Əliyev Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,3 milyon manatı Oğuz Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa