İlham Əliyev sabah Türkiyəyə gedəcək

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətinə əsasən 2025-ci il iyunun 19-da ölkəmizə səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“Cənab Prezidentimizin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevral ayında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan Məhləsi” adlı daimi yaşayış məhəlləsinin açılışı həyata keçiriləcək” – deyə Fəxrəddin Altun əlavə edib.

Onun sözlərinə görə, səfər zamanı Türkiyə ilə Azərbaycan arasında münasibətlərin mövcud vəziyyəti və aktual regional inkişaflarla bağlı fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600