Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev Serbiya XİN rəhbəri ilə görüşdü - FOTO

Reklam: Sinerji Pro

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Serbiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Vuçiçə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və Serbiyanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədiyi bildirilib. İqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu. Prezident İlham Əliyev dedi ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri iştirak edir. Bu baxımdan Serbiya şirkətlərinin gələcəkdə bu işlərdə iştirakının mümkünlüyü bildirilib.

www.yenicag.az

232
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100