İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

462508_459393Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə universitetin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağayev Asəf Mirzə oğlu

Hacıyev Arif Müseyib oğlu

Haqverdiyeva Tahirə Axi qızı

İmaməliyeva Cəmilə Nüsrət qızı

Quliyev Sabir Əli oğlu

Məmmədov Məhəbbət Aşır oğlu

Nağıyev Nizami Həsən oğlu

Sadıkov Polad Məmmədoviç

Şirinzadə İradə Nüsrət qızı.

***

Prezidentin digər sərəncamı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:

Əliyev Rafiq Musa oğlu

Əliyev Surxay Süleyman oğlu

Hacıyev Muxlis Əhməd oğlu

İsmayılov Şahin Məmməd oğlu

Qəhrəmanlı Yaşar Vəli oğlu

Qəniyeva Saçlı Abdulxaq qızı

Qəribov Rahad Tanrıverdi oğlu

Məmmədov Hikmət Süleyman oğlu

Musayev Zakir Səməd oğlu

Səmədov Yaşar Hüseyn oğlu

Tağıyeva Validə Abbasovna

Vahabov Nadir Eyub oğlu

Zəkiyeva Şükufə Böyük Ağa qızı.

 

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

ilham_aliyev_imza_251114Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Müəyyən edilib ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində Azərbaycan Respublikasının ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görməli, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, eləcə də bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə bu Sərəncamla əlaqədar müvafiq tədbirlər görmək tapşırılıb.

Müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasında bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan funksiyaları Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi həyata keçirir.

Dövlət başçısının digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600