İlham Əliyev və xanımı açılışda

media-hightechnic-468x90

070d6af90ef9bd7ec9cb35c48129708bAzərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.

Dövlət başçısı əvvəlcə federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar. Onlar federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər. Sonra xatirə şəkli çəkdirilib.

Sonra dövlət başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600