!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevdən DƏQİQ MESAJ: Regional təhlükəsizliyin qarantı olan Azərbaycan - Tənzilə Rüstəmxanlı yazır

!Reklam – Yazi

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi həm ölkə, həm də xarici politoloqların diqqət mərkəzindədir. Bu da təsadüfi deyil, çünki dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi, dost və düşmən tərəflərə dəqiq mesajlar verdi.

Müsahibədə ölkəmizin qlobal arenada müttəfiqlik prinsipləri, barış və tərəqqidən tərəf olması, eyni zamanda Azərbaycana qarşı qərəzli mövqedə olanlara qarşı münasibəti tam açıqlığı ilə ifadə olundu. Azərbaycanın tərəfsizliyi, həm Qərbdə, həm də Şərqdə müstəqil xarici siyasət yürüdən müstəqil dövlət kimi qəbul edildiyini diqqətə çatdıran dövlət başçısı ölkəmizin həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkə olduğunu vurğulayıb.

Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilməsi, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyinin Bakıda görüşü müstəqil dövlət olaraq Azərbaycana olan yüksək etimadın ifadəsidir.

Bu da, heç şübhəsiz, Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin, peşəkar diplomatiyanın nəticəsidir.

Eyni zamanda, Azərbaycan milli maraqlarımıza qarşı qərəzli mövqedə olan dairələrə də öz sözünü qətiyyətlə demək gücündədir. Prezident İlham Əliyev müsahibəsində bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ və Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən, bu ölkələrin Ermənistanı silahlandırmasının verəcəyi mənfi nəticələrdən də bəhs edib.

Müsahibədə Azərbaycanın hər zaman Fransa ilə əlaqələrinin yüksək olduğunu, amma Makrondövründə rəsmi Parisin atdığı adekvat olmayan bir sıra addımlar səbəbindən münasibətlərdə müəyyən gərginliyin olduğu da xüsusi olaraq vurğulanıb. Qeyd edib ki, bu məsələdə birbaşa rəsmo Fransa məsuliyyət daşıyır. Fransa özünün bu yanaşmasını dəyişməlidir. Əvvəlki dövrdə ölkələrimiz arasında münasibətlər yüksək olub. Ancaq son dövrlər rəsmi Parisin atdığı bəzi addımlar səbəbindən münasibətlərin bir qədər gərginləşdiyini müşahidə edirik. Təbii ki, Ermənistan və onun havadarlarının destruktiv fəaliyyətinə də toxunulur, onun Fransa ilə hərbi-texniki sahədə əməkdaşlığının regional təhlükəsizliyə birbaşa təhlükə törətdiyi vurğulanır. Prezident İlham Əliyev Azərbaycanın bütün bunlara adekvat tədbirlər görməyə məcbur olduğunu deyib.

Son zamanlar yeni geosiyasi mübarizə fəal şəkildə vüsət alır, bu mübarizədə aparıcı rolu Fransa və ABŞ kimi Qərb dövlətləri və itirilmiş mövqelərini bərpa etməyə çalışan Ermənistanın özü oynayır. Bu proseslərin fonunda Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələrin Ermənistanda necə revanşist əhvali-ruhiyyəni qızışdırdığını, münaqişənin potensial bərpasına şərait yaratdığını görürük. Buna görə də dövlət başçısı İlham Əliyev müsahibədə ermənilərə aydın şəkildə mesaj göndərdi. Azərbaycan istənilən hərbi təxribata cavab verəcək.

Prezident İlham Əliyev bu müsahibəsində əsl liderin nələrə qadir olduğunu bəyan etdi və vurğuladı ki, lider problemlərə real, obyektiv yanaşmalı, reallıqları olduğu kimi dərk etməli və buna uyğun qərarlar qəbul etməlidir. Belə olduğu halda qlobal problemlərin həllinə töhfə vermək olar. Bu gün Azərbaycanın dünyada getdikcə artan münaqişələrin, qarşıdurmaların fonunda sabitlik məkanı kimi qəbul edilməsi də əsl Liderin düzgün müəyyənləşdirdiyi strategiyanın məntiqi nəticəsidir. Bütün bunlar Azərbaycanın gərginliyi artan dünyaya öz modelini təklif etməsinə imkan verir.

Prezident İlham Əliyevin beynəlxalq media agentliklərinə verdiyi müsahibələri reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi rol oynayır. Həm də ölkəmizə qarşı qərəz ifadə edənlər də dövlət başçımızın müsahibəsinə baxıb öz hərəkətlərində müəyyən qədər dəyişikliklər edirlər. Çünki onlara öz səhvlərini özlərinin üzünə deyən adamlar yox dərəcəsindədir. Ona görə də onlar özlərini haqlı görərək beynəlxalq hüquq normalarını pozurlar və ikili standartlardan yanaşmalarını həqiqət kimi qəbul edirlər. Bu baxımdan dövlət başçımızın mesajları ünvanlarına çatıb və həmin dairələr tərəfindən müəyyən nəticələr çıxaracaq.

Tənzilə Rüstəmxanlı
Azərbaycan Milli Məclisinin deputatı

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv