Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“İlham Əliyevin namizədliyinin irəli sürülməsi nəzərdən keçiriləcək” – YAP-çı millət vəkili

Reklam: High Technic

“Müxalifətin mətbuatda işıqlandırılan fəaliyyətini həmişə izləyirik”.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə Yenicag.az-a açıqlamasında təmsil etdiyi siyasi qüvvənin 2018-ci il prezident seçkilərinə hazırlığından danışıb.

Aydın Mirzəzadə YAP-ın namizədinin növbəti prezident seçkilərində də qalib gələcəyinə şübhə etmədiklərini bildirib:

“Təbii ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində mütləq öz namizədi ilə iştirak edəcək. Partiyanın sədri, indiki prezidentimiz cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi partiya tərəfindən nəzərdən keçiriləcək. İnanırıq ki, partiyamızın namizədi prezident seçkilərində yenidən qalib gələcək”.

Millət vəkili mövcud şəraitdə siyasi rəqiblərinin fəaliyyətini, xüsusilə seçki hazırlıqlarını diqqət mərkəzində saxladıqlarını deyib:

“Əlbəttə, biz siyasətçiyik axı… Ona görə də gücündən, sosial bazasından asılı olmayaraq, müxalifətin fəaliyyətini, daha doğrusu, mətbuatda işıqlandırılan fəaliyyətini həmişə izləyirik.

Hesab edirik ki, müxalifətin açıq fəaliyyət göstərməsi üçün lazımi şərait var. Bununla belə, müxtəlif siyasi cəbhələrdə olduğumuzdan, əlbəttə ki, polemikamız, mübahisəmiz və fərqli mövqelərimizin müdafiəsinə yönələn fəaliyyətimiz hər zaman göz qabağındadır”.

A.Zeynalov

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

841
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM