!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin QƏRBİ AZƏRBAYCAN MESAJI: “Bunu qalib ölkənin prezidenti deyirsə...” – MÖVQE

!Reklam – Yazi

“Artıq Ermənistana da, dünyaya da Qərbi Azərbaycan torpaqlarının tarixən kimə məxsus olduğunu göstəririk”.

Bu fikirləri prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsini gündəmə gətirməsinə münasibət bildirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət başçısının Qərbi Azərbaycan məsələsini gündəmə gətirməsi tariximizi bir daha ön plana çıxarmaq anlamına gəlir:

“Tarixə baxsaq, görərik ki, Azərbaycan xalqı çox geniş ərazilərə malik olan Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları kimi böyük dövlətlər qurub. Buna görə də ermənilərdən fərqli olaraq, tarixi saxtalaşdırmağa heç vaxt ehtiyacımız olmayıb.

Ancaq çox təəssüf ki, tarixdə bu qədər böyük işlər görsək də, onu yazmağa sanki tənbəllik etmişik. Qonşularımız isə saxtakarlıq edərək bizə aid olanları öz adlarına çıxmaqla məşğul olublar.

Qərbi Azərbaycan məsələsinə gəldikdə isə, məlumdur ki, ermənilər Qafqaza gəlmə xalqdır. Onlar 1828-ci il Türkmənçay müqaviləsi əsasında Qafqaza köçürülüblər. Daha sonra birbaşa I Nikolayın sərəncamı ilə 1828-ci il martın 21-iNovruz bayramı günündə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayəti yaradılıb.

Bundan sonrakı dönəmlərdə ermənilərin hər zaman bizə qarşı ərazi iddiaları baş qaldırıb. Əslində o vilayət yaradılana qədər Qafqazda erməni adı ilə bağlı heç nə olmayıb.

O baxımdan, dövlət başçısının Qərbi Azərbaycan məsələsini gündəmə gətirməsi tariximizi bir daha ön plana çıxarmaq anlamına gəlir. Bildiyiniz kimi, tarixdə müxtəlif xalqların öz torpaqlarından sürgün edilməsinə dair xeyli faktlar var. O xalqların nümayəndələri onilliklərdən, hətta əsrlərdən sonra yenidən öz yurdlarına qayıtmağa cəhd edir, buna nail olurlar.

Qərbi Azərbaycan adlandırdığımız ərazilərdən soydaşlarımız ötən əsrdə bir neçə dəfə ya qovulublar, ya da sürgün ediliblər. Dünya insan haqlarından danışırsa, bizim Qərbi Ermənistandan zorla qovulan soydaşlarımızın da öz dədə-baba torpaqlarına qayıtmaq hüququ var.

Təbii, bütün bu məsələlər hər zaman xalqın yaddaşında olsa da, məlum problemlərimizə görə bunu qabartmırdıq. İndi isə vəziyyət dəyişib, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz ərazi bütövlüyünü əsasən bərpa edib. Artıq Ermənistana da, dünyaya da Qərbi Azərbaycan torpaqlarının tarixən kimə məxsus olduğunu göstəririk. Həm də bunu artıq qalib ölkənin Prezidenti deyirsə, dünya buna diqqətlə yanaşacaq”.

A.Zeynalov

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv