İlk iş günü hava necə olacaq? – Proqnoz

media-hightechnic-468x90

1444382627_yagishli_hava_sulu_qar_00Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

media-banner_tuq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21 dərəcə isti, gündüz 24-29 dərəcə isti, Bakıda gecə 18-29 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq. Təzyiq 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

İyunun 6-da Azərbaycanın rayonlarında gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 16-21 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05