İlk tələbələrarası debat layihəsinə start verildi

media-hightechnic-468x90

10808160_685730538192593_1627847253_nSDU-da Qladiator Debatları üzrə debat təlimlərinə 60-a qədər tələbə cəlb edilib.

Sumqayıt Dövlət Universitetində yeni fəaliyyətə başlayan Ritorika Universal Klubu yarandığı ilk həftədən etibarən daim diqqət mərkəzində olmağı başarıb. Xatırladaq ki, klub tam fəaliyyət başlayıb və hər həftə tələbələri maraqlandıracaq yeni mövzularla bağlı tədbir və seminarlar təşkil edir. Bu həftə isə Ritorika Universal Klubunun maraqla gözlənilən yeni layihəsi “SDU I Qladiator Debatları Kolizeyi” layihəsinin tanıtımı və ilk təlimləri olub.
Xatırladaq ki, layihənin təlimçisi gənclər sektorunda 7 illik iş təcrübəsi ilə Şərqin ilk Debat Formatı “Qladiator Debatları”nın konstruktoru olan Həbib Heydərdir. Təlimçi SDU-nun 60-a qədər tələbəsinin iştirak etdiyi ilk təlimdə tələbələrə debat nəzəriyyəsi, onu praktik həyatda tətbiq sahələri, gənclərin şəxsi inkişafında debatda qazanılan bacarıqların əhəmiyyəti, eləcə də debat mədəniyyətinin qayda və prinsipləri, layihənin əsasını təşkil edən Qladiator Debatları ilə digər debat formatlarının müqayisəli təhlilini vermişdir.
Təlimlər bitdikdən sonra dekabr ayında SDU tarixində ilk dəfə olaraq tələbələrarası debat çempionatı təşkil ediləcək. Turnir gənclərin natiqlik, ritorika, araşdırmaçılıq, kritik düşüncə, komanda işi və bu kimi vacib keyfiyyətlərinin praktik olaraq təkmilləşdirilməsinə və universitetdə tələbə aktivliyini daha da qabartmağa istiqamətlənmişdir.
Qeyd edək ki, “SDU I Qladiator Debatları Kolizeyi” layihəsi Sumqayıt Dövlət Universitetinin rəhbərliyi ilə yanaşı SDU Tələbə-Həmkarlar Təşkilatı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, “BestFriends” Təhsil və Karyera Mərkəzi kimi qurum və təşkilatlar tərəfindən dəstəklənir və maliyyələşdirilir.

Samir Aslan

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600