“Adam Şiff dövlətə xəyanət edibmi? Deyəsən, hə”.
Yenicag.az xəbər verir ki, bunu amerikalı milyarder, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask sosial şəbəkədə ermənipərəst senator Adam Şiffin Erik Çiaramella və Ukrayna ilə əlaqələri haqqında məsələyə münasibət bildirirkən yazıb.
Xatırladaq ki, Erik Çiaramella 2019-cu ildə ABŞ Prezidenti Donald Trampa qarşı impiçment prosesini alovlandıran şəxslərdən biri olub. Sabiq diplomat Andrey Telijenko iddia edir ki, Ukraynanı müzakirə etmək üçün Barak Obama və Co Baydenlə görüşəndə Erik Çiaramella da otaqda olub.
Efirə gedən bir süjetdə açıqlama verən jurnalist də öz növbəsində qeyd edib ki, hazırda ABŞ-nin Federal Təhqiqat Bürosunun direktoru olan Keş Patel bütün baş verənlərdən xəbərdar olub və Erik Çiaramella ilə Adam Şiffin oynadıqları rolu, ölkə və onun rəhbərinə qarşı hazırladıqları siyasi tələləri çox yaxşı bilir.
O qeyd edib ki, Adam Şiffin fəaliyyəti araşdırmalıdır və o, ABŞ prezidentin impiçment prosesini başlatmağa hazırlaşan əsas fiqurlardan biridir.
www.yenicag.az