İmişlidə piyada “Kamaz”dan tökülən çuğundurun altında qalıb

media-hightechnic-468x90

İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verir.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İmişli şəhərində Şəkər zavodunun yaxınlığında qeydə alınıb.

Rayonun Məzrəli kənd sakini, 22 yaşlı Vasif İxtiyar oğlu Əmrahov piyada gedərkən avtomobil yoluna çıxıb. Bu zaman çuğundurla dolu “Kamaz” markalı yük maşını piyadanı vurmamaq üçün yolunu anidən dəyişib.

Nəticədə “Kamaz” yol kənarına aşıb və çuğundurlar piyadanın üzərinə tökülüb.

Xəsarət alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa